2 oktyabr 2012 13:24
AFFA-dan Xəzər Lənkərana 11 min cərimə, Allahverdiyevə 6 oyunluq cəza
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, toplantıda Topaz Premyer Liqasının 7-ci turunda baş verən qayda pozuntularına hüquqi qiymət verilib.
“Turan”la səfər matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Xəzər Lənkəran” 1000 manat cərimə edilib.
Fasilədə “Xəzər Lənkəran”ın məşqçisi Zaur Ramazanov hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəza alıb, komandası isə 5000 manat cərimə olunub.
78-ci dəqiqədə Elnur Allahverdiyev hakimə tüpürdüyü üçün birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb və bunun nəticəsində futbolçu 6 oyunluq cəzalanıb. Klub isə daha 5000 manat cərimə ödəməli olacaq.
