2 oktyabr 2012 13:44
AFFA Turan – XL matçının baş hakiminin qərarını ləğv etdi
AFFA-nın İntizam Komitəsi Topaz Premyer Liqasının 7-ci turunda baş tutan “Turan” – “Xəzər Lənkəran” matçının baş hakimi Rəhim Həsənovun bir qərarını ləğv edib. Azerisport.az xəbər verir ki, sözügedən oyunun 23-cü dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Ruslan Abışov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılmışdı.
Lakin matçın videoyazısını izlədikdə futbolçunun məqsədinin topa zərbə endirmək olduğu aşkar edilib və epizod təhlükəli oyun kimi qeydə alınıb. Bu səbəbdən futbolçuya göstərilən qırmızı vərəqə ləğv edilib və epizod sarı vərəqə ilə qiymətləndirilib.
