2 oktyabr 2012 14:18

Rail Məlikov: Milliyə dəvət gözləyirdim

Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin “Denizlispor” klubunun müdafiəçisi Rail Məlikov azerisport.az saytına müsahibəsində ötən gün baş tutan “Göztepe ilə oyunlarından (1:0), eləcə də yığmamızdan danışıb. O, öncə bunları dilə gətirib:

“Göztepe” “Denizlispor”un ən prinsipial rəqiblərindən biri hesab olunur. Bu komandaların qarşıdurmasını Egey derbisi adlandırırlar. Çətin oyun oldu. Rəqib komanda da kifayət qədər iddialıdı. Amma bu mövsümə o qədər də uğurlu başlamayıblar. Buna görə də bizimlə oyuna dönüş matçı kimi baxırdılar. Birinci hissədə daha çətin oldu. Çünki leysan yağırdı və bu cür havada oynamaq əlavə problem yaradırdı. Qol vurmaq üçün çoxlu imkanlar var idi. Amma yeganə qolu matçın sonlarında vura bildik və layiqli qələbə qazandıq”.
 
Məlikov hazırda beşinci pillədə qərarlaşan komandasının Super Liqaya yüksəlmək gücündə olduğunu düşünür: “Əgər ötən oyunda da qələbə qazana bilsəydik, indi lider idik. Amma yenə ruhdan düşmürük və mübarizəmizi davam etdiririk. Öz oyunuma gəlincə, pis oynamadığımı düşünürəm. Hər halda oyundan sonra öncə azarkeşlər, daha sonra isə klub rəhbərliyi mənə təşəkkürünü bildirdi”.
 
Rail Məlikov yığmamızın Rusiya ilə DÇ-2014-ün seçmə mərhələ oyunu öncəsi toplanışına dəvət olunmamasına da münasibətini açıqlayıb: “Dəvət gözləyirdim. Yəqin ki, çağırılmamağımın nəsə səbəbi var. İstənilən halda Berti Foqtsun qərarına hörmətlə yanaşıram. İnanıram ki, o, yenə məni diqqət mərkəzində saxlayacaq. Ümid edirəm ki, növbəti oyunlarda yenə milliyə çağırılacağam. Komandamıza uğurlar arzulayıram. Moskvada yığmamıza çətin olacaq. Amma futbolçularımız yaxşı nəticə ilə dönəcək gücdədilər”.
 
Rail həmçinin keçmiş komandası “Neftçi”yə də Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya “İnter”inə qarşı keçirəcəyi oyunda uğurlar arzulayıb: “Məncə, “Neftçi” “İnter”dən xal alacaq gücdədi. Böyükağa Hacıyev italyanları necə məğlub etmək lazım olduğunu yaxşı bilir. Komanda uğurlu çıxışını davam etdirməlidi”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.