2 oktyabr 2012 14:27
Birinci divizion klublarının da cəzası açıqlandı
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, toplantıda futbol üzrə Azərbaycan birinci divizionunun 4-cü turunda baş verən qayda pozuntularına hüquqi qiymət verilib.
“Şahdağ” – “Energetik” matçının 90+1-ci dəqiqəsində “Şahdağ”ın futbolçusu Teymur Vəlixanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Şəmkir” – “Şuşa” matçında “Şuşa”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 100 manat cərimə olunub.
Oyunun fasiləsində “Şəmkir”in futbolçusu Ramil Sadiqov hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub.
