2 oktyabr 2012 14:52
Milito: Neftçi və Milanla oyunlar İnterin əsl gücünü göstərəcək
İtaliyanın “İnter” klubunun hücumçusu Dieqo Milito UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Bizi qarşıda “Neftçi” və “Milan”la oyunlar gözləyir. Hər iki matç “İnter” üçün çox vacibdi. Bu görüşlərdə qələbəyə oynamağa borcluyuq. Fikrimcə, qarşıdakı iki oyun komandamızın əsl gücünü göstərəcək”.

Qeyd edək ki, “Neftçi” – “İnter” matçı oktyabrın 4-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bundan 3 gün sonra isə “neradzurra”nı “Milan”la derbi gözləyir.