2 oktyabr 2012 15:08
Elçin Məmmədov UEFA-da vəzifə aldı
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Elçin Məmmədov UEFA-da vəzifə alıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, o, 1 il müddətində UEFA-nın Klubların lisenziyalaşdırılması və Maliyyə Fair Play şöbəsində assistent vəzifəsində çalışacaq. E.Məmmədov artıq Avropa futbol qurumundakı vəzifəsinin icrasına başlayıb.
