2 oktyabr 2012 15:35
Öncə Milan İnteri, ardından Neftçi
Oktyabrın 4-də baş tutacaq UEFA Avropa Liqasının "Neftçi" - "İnter" (İtaliya) matçından bir gün əvvəl Tofiq Bəhramov adına Respublika stadionunda hər iki klubun mətbuat konfransı və açıq məşqi baş tutacaq. Azerisport.az xəbər verir ki, öncə Milan təmsilçisinin baş məşqçisi Andrea Stramaççoninin mətbuat konfransı baş tutacaq.
O, saat 19:00-da mətbuat nümayəndələrinin suallarını cavablandıracaq. Bundan yarım saat sonra isə “neradzurra”nın mərkəzi arenada məşqi baş tutacaq. Hansı ki, bunun yalnız ilk 15 dəqiqəsi jurnalistlər üçün açıq olacaq.
19:45-də isə “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin mətbuat konfransı nəzərdə tutulub. 20:30-da da “ağ-qaralar”ın ilk 15 dəqiqəsi açıq olacaq məşçi keçiriləcək.
