2 oktyabr 2012 15:56
Elnur Allahverdiyevə daha bir zərbə
Futbol üzrə Azərbaycan milli komandasının oktyabrın 5-dən 17-dək müddətdə təşkil olunacaq təlim-məşq toplanışında iştirak üçün "Xəzər Lənkəran" klubunun üzvü Elnur Allahverdiyevə göndərilmiş dəvət ləğv olunub. Azerisport.az xəbər verir ki, dəvət şəxsən millinin baş məşqçisi Berti Foqts tərəfindən ləğv edilib.
Bunun səbəbi isə Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində, sentyabrın 29-da, Tovuz şəhər stadionunda keçirilmiş "Turan" - "Xəzər Lənkəran" oyunu zamanı Elnur Allahverdiyevin idmançıya yaraşmayan hərəkətə yol verməsi və qırmızı vərəqə ilə cəzalandırılmasıdı.
Qeyd edək ki, bu hərəkətinə görə Elnur Allahverdiyev bu gün AFFA İntizam Komitəsi tərəfindən 6 oyunluq cəzalanıb.
