2 oktyabr 2012 16:25

“Yığmamızda ciddi dəyişikliklər olacaq”

Oktyabrın 2-də əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Fizuli Ələkbərov sentyabr ayının 21-23-də Xorvatiyanın Porec şəhərində keçirilən gənclər arasında Avropa çempionatında iştirak etmiş gənc cüdoçularımızla və onların məşqçiləri ilə görüşüb. Azerisport.az xəbər verir ki, Azərbaycan idmanının inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan Fizuli Ələkbərov bildirib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan ulu öndər idmanla bağlı dövlət siyasətinin formalaşması və güclənməsində misilsiz xidmətlər göstərib.
 
“Fərəhli haldı ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilir. Ölkədə idmanın maddi-texniki bazası gücləndirilir, bölgələrdə yeni olimpiya-idman kompleksləri yaradılır. İdmana göstərilən davamlı diqqət və qayğıya cavab olaraq Azərbaycan idmançıları, o cümlədən milli cüdo məktəbinin yetirmələri Avropa və dünya səviyyəli turnirlərdə ölkəmizə qələbələr qazandırırlar. Qeyd edək ki, bir neçə çəki dərəcəsində idmançılarımız mövsüməqədərki turnirlərdə uğurla çıxış edərək, bir sıra Avropa kuboklarında mükafatlar qazanıblar”.
 
Xorvatiyanın Porec şəhərində keçirilən gənclər arasında Avropa çempionatında isə cüdoçumuz Əbdülhəqq Rəsullu Bolqarıstan təmsilçisi İvaylo İvanovu təsəlliverici görüşdə məğlubiyyətə uğradaraq, 81 kq çəki dərəcəsində bürünc medala sahib çıxıb. Azərbaycan milli komandası ilə yanaşı, 40 ölkənin yığmasının qüvvəsini sınadığı turnirdə millimiz 17-ci yeri tutub.
 
Görüşdə gənc cüdoçuların qeyd edilən Avropa birinciliyindəki çıxışları, habelə növbəti turnirlərə hazırlıq vəziyyəti müzakirə olunub. Həmçinin cüdo idman növünün kütləviliyinin artırılması, xüsusən bölgələrdə yeniyetmə və gənclərin bu idman növünə cəlb edilməsi işlərinin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib. Fizuli Ələkbərov həmçinin qeyd edib ki, cüdo yığmamızda ciddi dəyişikliklər olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.