2 oktyabr 2012 16:37
Azərbaycan UEFA Məşqçilər Konvensiyasına qoşulub
Rusiyanın Sankt-Peterburq şəhərində UEFA İcraiyyə Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə qəbul olunmuş qərarlar arasında 4 milli assosiasiyanın Məşqçilər konvensiyasına qoşulması da var:
Azərbaycan (Pro kateqoriyası), Avstriya (A kateqoriyası), Belarus (Pro kateqoriyası) və Fransa (A kateqoriyası).
Konvensiya öz qarşısına məşqçi peşəsini qorumaq və ixtisaslı mütəxəssislərin Avropa qanunlarına uyğun olaraq qitə ölkələrində sərbəst fəaliyyətinə şərait yaratmaq vəzifəsini qoyur.
