2 oktyabr 2012 17:01

Tuyqun Nadirov: Hakim Elnur Allahverdiyevi təxribata çəkib

“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov Topaz Premyer Liqasının 7-ci turunun “Turan”la oyununda baş verənlərə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:

“Bu oyunda hakimlik faciəvi idi. Komandamız onsuz da pis çıxış edir. Bu azmış kimi, hakimlər də vəziyyətimizi çətinləşdirir. Hakimin bu oyundakı qərarları ancaq komandamızı sındırmağa hesablanmışdı. Oyunun əvvəlində Rəhim Həsənovun göstərdiyi qədər vərəqə vermirlər. Bu, psixoloji cəhətdən vəziyyəti daha da gərginləşdirdi. Biz oyundan sonra da Ruslan Abışovun meydandan qovulması ilə bağlı narazılığımızı yazmışdıq. AFFA İntizam Komitəsi də bizim bu fikirlərimizlə razılaşdı və sübut etdilər ki, hakimin qərarı yanlışdı. Lakin ən pisi odu ki, hakimin məhz bu qərarı nəticəyə ciddi təsir göstərdi”.
 
Klub rəsmisinin sözlərinə görə, hakim öz qərarları ilə lənkəranlı futbolçuları təxribata çəkib: “Biz Elnur Allahverdiyevə haqq qazandırmırıq. Amma o, Ruslan Abışov meydandan qovulmasaydı, belə hərəkət etməzdi. Elnur yığmanın üzvüdü. Beynəlxalq arenada müəyyən təcrübəsi var. Ona görə də özünü necə aparmaq lazım olduğunu yaxşı bilir. Onu sadəcə özündən çıxardılar”.
 
“Xəzər Lənkəran”ın vitse-prezidenti onu da bildirib ki, Allahverdiyevlə bağlı çıxarılan qərarlar əlaqədar apelyasiya şikayəti verəcəklər: “Hesab edirik ki, altı oyun həddən artıq ağır cəzadı. Klub da öz tərəfindən futbolçunu cəzalandırıb. Hansı şəkildə olduğunu deməyəcəm, amma o, ciddi cəzalandırılıb”.
 
Nadirov bütün bunlara rəğmən, komandasının “Turan”a məğlubiyyətinə haqq qazandırmır: “Hətta iki oyunçumuzun meydandan qovulmasına rəğmən, komanda “Turan”ı məğlub etməyə borclu idi. Sonuncu pillə qətiyyən komandamıza yaraşmır”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.