2 oktyabr 2012 17:22
Neftçi – İnter matçına 23 000 bilet satılıb
Azərbaycan çempionu “Neftçi”nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya “İnter”inə qarşı keçirəcəyi oyuna bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq bu oyuna 23 mindən çox bilet satılıb.
Lakin bu gedişlə bütün biletlərin satılması proqnozlaşdırılır. Artıq kassalarda 2 və 5 manatlıq biletlər qalmayıb. VİP lojaya da biletlərin tükəndiyi bildirilir.
Qeyd edək ki, “Neftçi” – “İnter” matçına 30 min bilet satışa çıxarılıb.
“Neftçi”nin Milan “İnter”i ilə görüşü oktyabrın 4-də Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 21:00-da veriləcək.
