2 oktyabr 2012 17:54
“Azərbaycan klubuna qalib gələcək gücdəyik”
Sloveniyanın futzal üzrə “Litiya” klubunun baş məşqçisi Tomislav Horvat UEFA Kubokunda onlarla eyni qrupda yer alan İspaniyanın “Barcelona”, Xorvatiyanın MNK, eləcə də Azərbaycanın “Araz” klubunu dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Turnirə həmişəki qaydada hazırlaşırıq. İlk növbədə “Araz” barədə düşünürük. Çünki mini turniri onlara qarşı keçirəcəyimiz oyunla açacağıq. Yalnız bundan sonra “Barcelona” və MNK ilə oyunlar barədə düşünəcəyik. İspaniya klubu ilə düşməyimiz Sloveniya futzalına marağı artırıb. Artıq dəqiq bilirəm ki, boş tribunalar qarşısında oynamayacağıq. Ümid edirik ki, “Barcelona” ilə oyuna 6 və ya 4 xalla çıxacağıq. Əminəm ki, buna nail ola bilərik. Düzdü, Azərbaycan klubu güclüdü. Amma biz onları məğlub edəcək gücdəyik. Əgər bacardığımız kimi oynaya bilsək, ilk oyunda müsbət nəticə qazanmağımızda problem olmayacaq”.