2 oktyabr 2012 18:02
İnter Bakıya Militosuz gəlir
İtaliyanın “İnter” klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi” ilə oyuna tam heyətlə gəlməyəcək. Azerisport.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, Milan təmsilçisi aparıcı oyunçularından Dieqo Militonu da İtaliyada saxlamağa qərar verib. Andrea Stramaççoni onun “Milan”la qarşıdakı derbi matçına daha da yaxşı hazırlaşması üçün argentinalı forvarda istirahət hüququ verib.
Qeyd edək ki, “Neftçi”nin rəqibinin daha bir oyunçusunu Bakıya gətirməyəcəyi dəqiqdi. Bu, zədə səbəbindən sıradan çıxan Uesli Sneyderdi. Ölkəmizə gəlməyəcək oyunçuların siyahısının genişlənməsi də istisna deyil.
Maraq üçün bildirək ki, “Neftçi” – “İnter” oyunu oktyabrın 4-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
