2 oktyabr 2012 20:31
Rusiya - Azərbaycan matçına bütün təyinatlar açıqlandı
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da, Moskva şəhərindəki Lujniki stadionunda keçiriləcək Rusiya – Azərbaycan oyununun bütün təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, qarşılaşmanı Makedoniyadan olan baş hakim idarə edəcək.
Ona həmyerliləri və Monteneqrodan olan hakim kömək edəcək. Görüşün hakim-inspektoru və UEFA nümayəndəsi isə İngiltərə və Serbiyadandı.
Baş hakim: Aleksandar Stavrev (Makedoniya)
Baş hakimin köməkçiləri: Marjan Kirovski, Dejan Kostadinov (hər ikisi – Makedoniya)
Dördüncü hakim: Jovan Kaludjeroviç (Monteneqro)
Hakim-inspektor: Steve Bennett (İngiltərə)
UEFA nümayəndəsi: Nebojsa İvkoviç (Serbiya)
