2 oktyabr 2012 11:12

“Azərbaycan qeyri-adi ölkədi”

2018-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etmək şərəfinə layiq görüləcək şəhərlərin və stadionların adlarını elan etmək məqsədilə Moskvada səfərdə olan FİFA-nın prezidenti Yozef Blatter İTAR-TASS agentliyi baş direktorunun birinci müavini və şef-redaktoru Mixail Qusmana məxsusi müsahibə verib. Azerisport.az xəbər verir ki, müsahibədə Azərbaycan futbolu ilə bağlı vurğulanmış məqamları diqqətinizə çatdırırıq:
 
"Düz bir həftə bundan əvvəl Azərbaycandan gəlmişəm. Biz orada 17 yaşa qədər qızlar arasında dünya kuboku keçirirdik. Bu, yeni mədəni mühitdə yarışlar keçirilməsi ideyasının reallaşdırılmasına gözəl nümunədi. Orada milli stadionun qarşısında bir abidə ucaldılmışdı. Bu, futbol hakiminin şərəfinə ucaldılmış yeganə abidədi. Həmin hakim Tofiq Bəhramovdu.
 
Sizin Azərbaycan barədə söhbət açmağınız lap ürəyimdən oldu. Çünki Azərbaycan qeyri-adi ölkədir. Biz ilk dəfə olaraq müsəlman ölkəsində qadınlar arasında çempionat keçirdik. Azərbaycan müsəlman ölkəsidir. Onlar qadınlar arasında çempionatı öz ölkəsində təşkil etdilər. Bu, bütün dünyaya, bütün başqa mədəniyyətlərə ciddi siqnaldır – qızlar və qadınlar bu oyunu oynaya bilərlər. Lakin bəzi müsəlman ölkələrində qadınlar başqa ölkələrdəki qadınların malik olduğu hüquqların heç də hamısından istifadə etmək imkanına malik deyillər. Ona görə də bu hadisə çox önəmlidi. Mən Azərbaycan Prezidenti cənab İlham Əliyevlə söhbət etdim və çempionatın yaxşı təşkil olunması münasibətilə onu təbrik etdim. Bu hadisə bütün dünyada qadın futbolunun inkişafı üçün çox böyük əhəmiyyət kəsb edəcək, bütün dünyada qadınların hüquqları ilə bağlı vəziyyətin daha da yaxşılaşmasına müsbət təsir göstərəcək”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.