2 oktyabr 2012 11:42
“Azərbaycanda keçirilən bu turnir oyunçularım üçün əla təcrübə oldu”
FIFA U-17 qadınlararası dünya çempionatının 1/4 finalına çıxmaq şansını əldən buraxdıqlarına görə onun məyus olduğu açıq-aydın görünürdü, lakin buna baxmayaraq, hər şey futbolçunun planlarına uyğun davam edərsə, o halda Yeni Zelandiyalı yarımmüdafiəçini qarşıda bəzi əla imkanlar gözləyir.
Braziliyaya 4:3 hesabı ilə məğlub olduqları oyunda onlar ürəkdən oynayırdılar və bu oyundakı qələbə onları növbəti mərhələdə Almaniya ilə üzləşdirəcəkdir, lakin bu oyunda məğlubiyyətin ardından onlar C qrupunda məğlub oldular və indi vətənə qayıtmalıdırlar.
Bununla belə Fletçer qarşıdan gələn və öz ölkəsi Kanadada keçiriləcək FIFA U-20 Qadınlararası Dünya Çempionatı 2014 və FIFA Qadınlararası Dünya Çempionatı olan iki turnirlə özünə təsəlli verə bilər.
O, həmçinin bu turnirlərdə Yeni Zelandiyanın heyətində yeni oyunçuların iştirak edə biləcəyi fikirindədir. "Zənimcə, bu komandanın bir çox oyunçuları o turnirlərdə iştirak edə bilərlər, şühbəsiz bizim komandada bir çox bacarıqlı oyunçular mövcuddur," deyə Fleçer FIFA.com saytına bildirib.
"Bu turnirdə öz potensialımızı nümayiş etdirə bilmədiyimiz üçün məyusluq hissi keçirməyimizə baxmayaraq, gələcəkdə beynəlxalq səviyyədə bizim öz sözünü deyəcək bəzi fenomenal oyunçularımızın olduğunu düşünürəm".
Məşqçi Pol Templ oyunçularını bolluca tərifləyib və Azərbaycan 2012-nin gələcəkdə onun komandasına müsbət təsir göstərəcəyindən əmin olduğunu bildirib, "bu turnir oyunçularım üçün əla təcrübə oldu, onların əvvəllər bu cür təcrübələri heç olmamışdı".
"Növbəti çempionat üçün onlar daha təcrübəli olacaqlar və bu qızların U-20 heyətində oynaya biləcəklərinə ümid edirəm. Onlar hər oyunda bacardıqlarını ortaya qoyublar. Siz ən yaxşıdan çoxunu tələb edə bilməzsiniz və onlar da ən yaxşı oyunlarını sərgiləyiblər".
Kanada və Yeni Zelandiya olmaqla ikili vətəndaşlığı olan komandanın 17 yaşlı 10 nömrəsi bu heyətlərə düşməyin asan olmayacığını dərk edir, lakin o, daha çox vərdiş etdiyi səhnədə oynamaq imkanına can atır.
"Bu turnirlər mənim əsas hədəflərimdir. Mənim məqsədim qarşıdakı dünya çempionatlarında o komandalardan birində oynamaqdır".
Yeni Zelandiyanın heyətində sadəcə bir il oynamasına baxmayaraq, Vankuver Vaytkeps klubunun oyunçusu Yeni Zelandiyanın yarımmüdafiə xəttinin mühüm bir hissəsinə çevrilmişdir və o, Azərbaycan 2012-də komandasının heyətində 6 dəqiqəni çıxmaqla bütün çempionat boyu iştirak etmişdir.
Lakin Yeni Zelandiyalı atasının təşəbbüsü ilə onun yığma komandaya götürülməsi təsadüfi olmuşdur. "Mənim atam tam Yeni Zelandiyalıdır və o, mənim yığmada oynamağımda komanda rəsmilərinin maraqlı olduqlarını öyrənmək üçün yığmanın ofisinə e-poçt göndərmişdir. Mən 9-10 yaşları arasında Yeni Zelandiyada yaşamışam, belə ki, mənim kifayət qədər Yeni Zelandiyalı mənşəyim vardır, lakin mən indi hələ də Kanadada yaşayıram".
Fərqli futbol mədəniyyətinə malik şimal yarımkürəsində yaşadığına görə o, komandaya da fərqli bir oyun üslubu gətirmişdir. "Bu çox maraqlıdır, çünki Kanadada biz daha çox güc üzərində qurulmuş oyun üslubuna üstünlük veriririk, belə ki, Kanadadan gəlib Yeni Zelandiyada oynamaq bu mənada mənim üçün çox faydalıdır, çunki fərqli üslublara yiyələnmiş oluram".
Ötən 12 ayda Fletçerin komandaya yenilik gətirdiyi bir oyunçuya çevrilməsinə baxmayaraq, onun xəyalları reallaşarsa, o, növbəti dörd il ərzində qarşısında oynayacağı publikanın onun oyun tərzinə artıq vərdiş etdiklərinə ümid etmək istərdi.
