2 oktyabr 2012 12:26
Mişel Platininin AÇ-2020 haqda ideyasına futbol federasiyaları ilə birgə qərar veriləcək
Azərbaycanın da iddia etdiyi futbol üzrə AÇ-2020-nin keçirilməsi məsələsinə futbol federasiyaları ilə birgə qərar veriləcək. Azerisport.az xəbər verir ki, UEFA prezidenti Mişel Platini Sankt-Peterburqda mətbuat nümayəndələrinə açıqlamasında bildirib ki, AÇ-2020-nin ev sahibliyinə futbol ölkələrinin federasiyaları ilə birgə qərar veriləcək.
"Avropa çempionatına ev sahibliyi ilə bağlı fikirlərimizi ölkə federasiyalarına bildirmişik. Əgər qarşı tərəfdən də müsbət cavab alsaq, biz də öz qərarımızı açıqlayacağıq. AÇ-2020-nin ev sahibliyi ilə bağlı məsələyə 2013-cü ilin ilk aylarında aydınlıq gələcək".
Qeyd edək ki, 2020-ci il Avropa çempionatına Türkiyə ilə yanaşı, Şotlandiya, İrlandiya, Uels "trio"su və Azərbaycan - Gürcüstan dueti də namizədliyini verib.
