2 oktyabr 2012 00:36
Super Liqada növbəti baş məşqçi istefası
Futbol üzrə Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib. Azerisport.az xəbər verir ki, “Kayserispor”un baş məşqçisi Şota Arveladze tutduğu vəzifədən getdiyini bəyan edib.
Məlumatı klubun rəsmi saytı da təsdiqləyib. Bu barədə yayılan açıqlamada bildirilir ki, klub rəhbərliyi gürcü mütəxəssisin postunda qalmasında israrlı olsa da, Arveladze qalmaq istəməyib.
Qeyd edək ki, istefaya Şotanın komandasının bu mövsümkü uğursuz çıxışı səbəb olub. 6 turdan sonra “Kayserispor” 18 komanda arasında 4 xalla 17-ci yeri tutur.
Arveladze 2 il yarım idi ki, Kayseri klubunu çalışdırırdı. Hələlik onu kimin əvəzləyəcəyi məlum deyil.
