2 oktyabr 2012 12:48

“İnterlə oyunda Neftçinin gücünü bütün dünyaya göstərmək istəyirik”

Futbol üzrə Azərbaycan yığmasının və “Neftçi”nin müdafiəçisi Mahir Şükürov azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasında, eləcə də Avropa Liqasındakı çıxışlarına dair sualları cavablandırıb.
 
- Milan “İnter”i ilə oyuna hazırlıqlar necə gedir?
- Böyük motivasiya ilə məşq edirik. Belə komandaya qarşı hər gün oynamaq qismət olmur. Bu gün “İnter”in A Seriyasında bəzi oyunlarına baxmalıyıq. Oyun öncəsi son iki gün daha vacibdi. Başa düşürük ki, “İnter” Bakıya qələbə üçün gəlir.  Onların qrupun favoriti olması da sirr deyil. Amma “Neftçi” bu oyunda meydan sahibinin kim olduğunu sübut etməlidi. Bütün komandanın bu oyunla bağlı böyük ümidləri var. Ola bilsin ki, qrupdan çıxıb-çıxmayacağımıza elə bu oyunda aydınlıq gəlsin.
 
- “İnter”in heyətində məlum problemlər var. Məsələn, Uesli Sneyder dəqiq oynamayacaq. Palasio və digər aparıcı oyunçuların da Bakıya gətirilməyəcəyi haqda söhbətlər dolaşır...
- “İnter”də onları əvəzləyəcək futbolçular çoxdu. Son dövrlərdə onların nə sabit heyəti, nə də sabit oyunu var. Amma bütün bunlar bizi narahat etməməlidi. “Neftçi” sadəcə öz oyununu sərgiləməlidi. Bu oyuna bütün dünya baxacaq. Qoy klubumuzun gücünü hamı görsün.
 
- Sizi hansı nəticə qane edəcək?
- Biz hər oyuna qələbə üçün çıxırıq. Amma heç-heçə də bizim üçün pis nəticə sayılmayacaq. Başa düşməliyik ki, “İnter” “Partizan” deyil. Bu komanda üzərində qazanacağımız qələbə qrupdan çıxmaq şanslarımızı artıra bilər. Lakin hər şeyə hazır olmalıyıq. Əminəm ki, onlar bizi zəif rəqib hesab edirlər. Bu, bizə sərf edir.
 
- “Rubin”in “Partizan”la oyunundan nə gözləyirsiz?
- Mənə elə gəlir ki, “Rubin” qələbə şansını qaçırmaz. Bu komanda daha fəaldı. Bizə də mütləq qələbə lazımdı. Qrupumuz normaldı. “Neftçi” uğurlarının davamını gətirə bilər.
 
- “Neftçi” “İnter”ə qarşı necə oynayacaq?
- Məşqçilər korpusu necə desə, elə də oynayacağıq. Hazırda “Sumqayıt”a məğlubiyyəti unutmağa çalışırıq. Bilirik ki, azarkeşlərimiz Avroliqada bizdən uğur gözləyir.
 
- “Sumqayıt”a məğlubiyyətdən sonra komanda özünü necə hiss edir?
- Bizim klubdaxili iclasımız oldu. Rəhbərlik qarşıdakı oyunlarda layiqli oyun tələb etdi. Şübhəsiz ki, klub prezidenti Sadıq Sadıqov həmin yenilgiyə görə komandadan inciyib. O, bizim üçün hər cür şərait yaradıb. Əvəzində də qələbələrə sevinmək istəyir.
 
- “Sumqayıt”ın sizdən sonra “Bakı”nı da məğlub etməsi sizi sakitləşdirdi?
- Xeyr. Düzdü, “Bakı” da yaxşı komandadı. Amma inanın ki, “Sumqayıt” növbəti turlarda da belə davam edə bilməyəcək. Onların bu qələbələri sadəcə təsadüfdü. Favoritlər xal itirirlər, autsayderlər qazanırlar. Amma həmişə bu tempdə oynaya bilməyəcəklər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.