3 oktyabr 2012 02:05
Xəzər Lənkərana prezident dəstəyi (FOTO)
"Xəzər Lənkəran" Futbol Klubunun prezidenti Mais Mənsimov ötən gün "AZAL Arena"ya gələrək komandasının futbolçu və məşqçi heyəti ilə məşqdən əvvəl toplantı keçirib. Azerisport.az xəbər verir ki, tədbirdə çıxış edən prezident Mais Mənsimov bir daha futbolçuları məsuliyyətlərini dərk etməyə çağırıb.
O, ümidvar olduğunu bildirib ki, Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində AZAL-a qarşı keçiriləcək görüşdə komanda adına layiq oyun nümayiş etdirəcək.
Daha sonra klub prezidenti komandanın məşqini izləyib.
Daha sonra klub prezidenti komandanın məşqini izləyib.
