3 oktyabr 2012 12:19
İnter əsas heyətin yarısını Bakıya gətirmir
İtaliyanın “İnter” klubunun Bakıya hansı heyətlə gəldiyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi” ilə qarşılaşacaq Milan təmsilçisinin çalışdırıcısı Andrea Stramaççoni bu turnir üçün sifariş etdikləri 11 futbolçunu İtaliyada saxlamağa qərar verib.
Belə ki, o, qapıçı Matteo Çinçilla, müdafiəçilər Xavyer Zanetti, Valter Samuel, Andrea Bandini, yarımmüdafiəçilər Uesli Sneyder, Simone Pasa, Yaqo Del Pyero, Andrea Romano, eləcə də hücumçular Rodriqo Palasio, Dieqo Milito və Antonio Kassano Bakıya gətirilmir. Qeyd edək ki, “İnter”in çalışdırıcısı xüsusilə komandasının aparıcı futbolçularını Milanda saxlamaqla bu şəhərin eyni adlı komandasıyla qarşıdan gələn derbi matçına daha yaxşı hazırlaşmaq məqsədi güdüb.

Belədə, “İnter”in Bakıya gətirəcəyi heyətə bu futbolçular daxil edilib:
Qapıçılar: 1. Samir Handanoviç, 12. Luka Kastellatsi, 27. Vid Beleç;
Müdafiəçilər: 23. Andrea Ranokkiya, 40. Juan, 42. Conatan, 44. Matteo Byanketti, 55. Yuto Naqatomo, 31. Alvaro Pereyra,;
Yarımmüdafiəçilər: 6. Matias Silvestre, 14. Fredi Quarin, 16. Qabi Mudinqayi, 19. Esteban Kambiasso, 20. Joel Obi, 21. Valter Qarqano, 24. Marko Benassi, 61. Luka Qarritano;
Hücumçular: 7. Koutinyo, 49. Covanni Terrani, 88. Marko Livaya.
Qeyd edək ki, “Neftçi” - “İnter” matçı sabah – oktyabrın 4-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.