3 oktyabr 2012 12:25
Azərbaycanin İspaniya ilə oyununun vaxtı müəyyənləşdi
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində 4-cü qrupda mübarizə aparacaq Azərbaycan yığmasının keçirəcəyi oyunların vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, millimiz İspaniya, Polşa və Bolqarıstanla eyni qrupda qərarlaşıb.
Futbolçularımız öncə İspaniya ilə münasibətlərinə aydınlıq gətirəcək. Daha sonra isə Polşa və Bolqarıstan millimizlə üz-üzə gələcək.
Bu görüşlərin təqvimi isə belədi:
19 oktyabr, saat 20:00
İspaniya - Azərbaycan
Stara Zaqora (Bolqarıstan). Beroe stadionu
Baş hakim: Kevin Clansy (Şotlandiya)
21 oktyabr, saat 18:00
Azərbaycan - Polşa
Sliven (Bolqarıstan). Hadzhji Dimitar stadionu
Baş hakim: Eitan Shemeulevitch (İsrail)
24 oktyabr, saat 18:00
Bolqarıstan - Azərbaycan
Sliven (Bolqarıstan). Hadzhji Dimitar stadionu
Baş hakim: Eitan Shemeulevitch (İsrail)
Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
