3 oktyabr 2012 12:49
Azərbaycanın Gürcüstan və Xorvatiya ilə oyunlarının vaxtı açıqlandı
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempiontanının ilkin seçmə mərhələsində keçirəcəyi oyunların vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandamız bu seçmə mərhələdə İslandiya, Gürcüstan və Xorvatiya ilə mübarizə aparacaq.
Yığmamız öncə islandlarla, ardından isə gürcülər və xorvatlarla qarşılaşacaq. Oyunların təqvimi isə aşağıdakı kimidi:
26 oktyabr, saat 18:30
Azərbaycan - İslandiya
Zaqreb. NK Hask stadionu
Baş hakim: Marios Panayi (Kipr)
28 oktyabr, saat 18:30
Gürcüstan - Azərbaycan
Zapreşiç. NK İnter Zapreşiç stadionu
Baş hakim: Marios Panayi (Kipr)
31 oktyabr, saat 18:30
Azərbaycan - Xorvatiya
Sesvete. Sv. Josip Radnik stadionu
Baş hakim: İvan Kruzliak (Slovakiya)
Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
