3 oktyabr 2012 13:15
Qarabağ artıq Gəncədədi
“Qarabağ” artıq Gəncədədi. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 8-ci turu çərçivəsində “Kəpəz”in qonağı olacaq Ağdam klubu Azərbaycanın 2-ci şəhərinə yollanıb.
“Qarabağ” bu gün saat 17:00-da oyunun keçiriləcəyi Gəncə şəhər stadionunda bir saatlıq məşq keçəcək. “Kəpəz” – “Qarabağ” oyunu sabah – oktyabrın 4-də saat 16:00-da keçiriləcək. Qarşılaşma Elçin Məmmədovun fiti ilə başlayacaq.
