3 oktyabr 2012 13:43
Yığmamız ABŞ üzərində qələbə ilə lider oldu
İspaniyanın Alikante şəhərində təşkil olunmuş beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, ABŞ-la ilə qarşılaşan futbolçularımız Elnur Cəfərovun vurduğu qol sayəsində 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, yığmamız turnirdə keçirdiyi ilk oyunda Kanada komandası ilə 2:2 hesablı heç-heçə etmiş, Meksika yığmasını isə məğlubiyyətə uğratmışdı – 2:0.
3 turdan sonra Azərbaycan yığması 7 xalla turnir cədvəlinə başçılıq edir. Futbolçularımız növbəti oyununu oktyabrın 4-də, Bakı vaxtı ilə saat 19.00-da, Birləşmiş Ərəb Əmirlikləri komandasına qarşı keçirəcək.
|
1 |
Azərbaycan |
3 |
2 |
1 |
0 |
5-2 |
7 |
|
2 |
Meksika |
3 |
2 |
0 |
1 |
9-2 |
6 |
|
3 |
ABŞ |
3 |
2 |
0 |
1 |
4-2 |
6 |
|
4 |
Kanada |
3 |
1 |
1 |
1 |
5-7 |
4 |
|
5 |
Mərakeş |
3 |
1 |
0 |
2 |
4-5 |
3 |
|
6 |
BƏƏ |
3 |
0 |
0 |
3 |
0-9 |
0 |
