3 oktyabr 2012 14:08

Yığmamız FİFA reytinqində gerilədi

FİFA dünyanın futbol yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması yeni açıqlanan siyahıda 4 pillə geriləyib.
 
Ötən ay 107-ci pillədə qərarlaşan Azərbaycan yığması FİFA-nın siyahısında 4 pillə geriliyərək 111-ci pilləyə enib. Hazırda millimizin aktivində 306 xal var.
 
DÇ-2014-ün seçmə mərhələsində yığmamızın rəqiblərindən olan komandalar arasında Lüksemburq və Şimali İrlandiyanı qabaqlayırıq. Bu komandalardan birincisi ötən ayla müqayisədə 36 pillə geriləyib (142-ci yer; 191 xal). İrlandiyalılar 12 pillə irəliləsələr də, 287 xalla 117-ci yerdə qərarlaşıblar. Bizdən öndə olanlar isə bunlardı – Portuqaliya (3; 1259), Rusiya (12; 1014), İsrail (82; 423). Ötən ayla müqayiəsə portəgizlər və ruslar 1 pillə irəliləyiblər. İsrail isə yeddi pillə geriləyib.
 
İlk onluğa gəlincə, İspaniya 1611 xalla zirvədəki yerini qoruyub. Almaniya da yerində sayıb və hazırda 1459 xalla ikinci yerdədi. Portuqaliya 1 pillə irəliləyib və hazırda 1259 xalla üçüncüdü. Argentina (1208 xalla dördüncü) yerində sayıb. İngiltərə (1196) geriləyib və indi beşincidi. Hollandiya iki pillə irəliləyib – 1141 xalla altıncı yer. Uruqvay 2 pillə geriləyərək, hazırda 1140 xalla yeddinci sırada qərarlaşıb. İtaliya ötən ayla müqayisədə iki pillə geriləyib – 1106 xalla səkkizinci sıra. Kolumbiya 13 pilləlik sıçrayışla doqquzuncu sıraya çıxıb – 1102 xal. İlk onluğu Yunanıstan qapayır – 1029 xal.
 
Növbəti reytinq siyahısı noyabrın 7-də açıqlanacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.