3 oktyabr 2012 14:14
Azərbaycan Kanada və ABŞ ilə üz-üzə
Xəbər verdiyimiz kimi, oktyabrın 5-dən 17-ə qədər İspaniyanın Marbelya şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı təşkil olunacaq. Azerisport.az xəbər verir ki, toplanış çərçivəsində yığmamız 3 yoldaşlıq oyunu keçirəcək.
Belə ki, Bernard Lippert yetirmələrini öncə yerli “Malaga” klubu ilə görüşdə sınayacaq. Daha sonra isə futbolçularımız Kanada və ABŞ yığmaları ilə qarşılaşacaq.
Oyunların təqvimi isə belədi:
9.10.2012. Malaga CF II – Azərbaycan U-21
12.10.2012. Azərbaycan U-21 – Kanada U-21
16.10.2012. Azərbaycan U-21 – ABŞ U-21
