3 oktyabr 2012 14:21
Xavyer Zanetti Neftçi ilə oyundan danışdı
İtaliyanın “İnter” klununun aparıcı futbolçusu Xavyer Zanetti UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Bakı səfəri komandamız üçün heç də asan sınaq olmaya bilər. Amma bu, “İnter” üçün vacib görüşdü. Biz yalnız bu oyunda qələbə qazandıqdan sonra “Milan” derbisi barədə düşünmək istəyirik”.
Qeyd edək ki, “Neftçi” ilə “İnter” arasındakı oyun sabah - oktyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq. Zanetti isə bu görüşə gətirilməyib.
