3 oktyabr 2012 14:48
Obi: Neftçiyə qarşı oynamaq istəyirəm
İtaliyanın “İnter” klununun futbolçusu Joel Obi UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Yenidən sıraya qayıtdığım üçün çox sevincliyəm. Ümid edirəm ki, elə bu həftə meydana çıxa biləcəyəm. Bakıda meydana çıxmaq və “Neftçi”yə qarşı oynamaq istəyirəm”.
Qeyd edək ki, “Neftçi” ilə “İnter” arasındakı oyun oktyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
