3 oktyabr 2012 14:52

Abışov: Mən Azərbaycanla fəxr edirəm

Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışov ölkəsinin FIFA U-17 qadınlararası dünya çempionatına ev sahibliyi etməsindən qürur duyduğunu və növbəti turnirlərin ölkədə keçirilməsi üçün bu turnirin yaxşı başlanğıc olduğu barədə danışıb. FIFA.com saytı ilə söhbətində rahat görünən 24 yaşlı futboçu azarkeşlərin Azərbaycan 2012-dən həzz aldıqlarını görməyin necə də yaxşı hiss olduğunu ifadə etdi. Hazırda turnir tam gücü ilə davam edir. "Belə mühüm bir turnirə burda ev sahibliyi etdiyinə görə ölkəmlə fəxr edirəm, çünki bu turnir ölkəmizin futbolu üçün çox əhəmiyyətlidir".
 
"Mən və mənim komandam bəzi oyunlara televiziya vasitəsilə baxmışıq və Azərbaycanda keçirilən bir turnirdən bütün insanların həzz almasını görmək bizi çox sevindirir," deyə Abışov qeyd edir.
 
O, bu mövsümdə Bakının Neftçi klubundan Xəzər Lənkəran klubuna keçməklə turnir öncəsi çempionatın hər iki ev sahibi şəhərlərinin klublarında oynayıb. O, çempionat üçün yerinə yetirilmiş hazırlıqlardan Azərbaycanın faydalanacağını düşünür. "Biz çox cavan bir ölkəyik və eləcə də bizim futbol da cavandır, lakin bu turnirin bizi dünyada bir az daha çox məşhur edəcəyinə ümid edirəm".
 
Lənkəran stadionu turnirin qrup mərhələsində keçirilən oyunlar üçun istifadə edildiyindən, Bakıdakı müvəqqəti evində bəzi oyunları izləyən futbolçu qarşıda daha böyük turnirlər üçün görüləcək işlərin çox olduğunu dərk edir, lakin Avropa Çempionatlarının və ya FIFA Dünya Çempionatının bir gün bu bölgədə keçirilməsi yolunda bu turnirin atılmış ilk addım olduğunu düşünür.
 
"Niyə də yox? Hər şey mümkündür," deyə Azərbaycanın 15 nömrəsi qeyd edir. "Bununla belə ilk öncə biz yeni stadionlar inşa etdirməliyik, çünki belə miqyaslı turnirə ev sahibliyi etmək üçün bizim yetərincə keyfiyyətli stadionlarımız mövcud deyil, lakin gələcəkdə bu istiqamətdə işlər görsək böyük turnirin ölkədə keçirilməsi onun imici üçün əla olardı".
 
Lakin bu xəyal rellaşmazdan əvvəl, o, qarşıdakı FIFA Dünya Çempionatının təsnifat mərhələsi çərçivəsində oktyabrın 16-da Rusiyaya qarşı keçirəcəkləri oyun haqqında düşünməlidir. Komanda təsnifat turuna İsrail ilə 1-1 hesablı heç-heçə və Portuqaliyaya 3-0 hesablı məğlubiyyət ilə başlayıb. O, Azərbaycan 2012-nin startından əvvəl Tofiq Bəhrəmov stadionunun möhtəşəm açılışında İsrail ilə oyunda Azərbaycanın bərabərlik qolunu vurmuşdur və o, indi həmin anı fəxrlə xatırlayır.
 
"O oyunu xatırlamaq mənə unudulmaz hisslər bəxş edir, biz o oyuna turnirdə qrupun ilk oyunu olduğu üçün yaxşı hazırlaşmışdıq və yaxşı da oynadıq. Zənimcə,  oyunda daha çoxuna layiq idik. İsrail ilə heç-heçədən sonra biz, yüksək səviyyəli futbol oynamaqlarına baxmayaraq Portuqaliyadan yaxşı nəticə əldə edə biləcəyimizi düşünürdük," deyə o, qeyd edir.
 
"Lakin düzünü desəm, İsrailə qarşı oyunda bizim fiziki hazırlığımız mükəmməl səviyyədə deyildi və Portuqaliyaya qarşı oyunda biz bunu artıq hiss etdik və elə ona görə də qollar buraxmağa başladıq. Rusiyanın Portuqaliya səviyyəsində futbol oynamadığına görə onlara qarşı oyundan yaxşı nəticə əldə edə bilcəyimizə ümid edirəm".
 
Beynəlxalq arenadan kənarda, Abışov Neftçi klubu ilə keçirdiyi uğurlu səkkiz mövsümdən sonra yeni klubu olan Xəzər klubunda həyata uyğunlaşır. O, karyerasına Neftçi klubunda başlamışdır və son iki mövsümdə onlarla birlikdə Azərbaycan Premyer Liqasının qalibi olmuşdur, lakin buna baxmayaraq, klubunu ötən mövsümün üçüncü yerinin sahibi olan Xəzər klubuna dəyişmişdir" və əsasən ona görə ki, bu klubun azarkeşləri ölkənin ən yaxşı azarkeşləridir" deyə o, qeyd edir".
 
Bununla belə, bu iki klub arasında kəskin rəqabət mövcuddur və onun futbolçu kimi Neftçidə böyüməsinə baxmayaraq, Azərbaycan 2012 başlamazdan əvvəl 2-1 hesabı ilə komandasının məğlubiyyəti ilə bitən Neftçi ilə oyunda komandası ilə meydana daxil olduqda azarkeşlər onu soyuq qarşıladılar. Onun komandaya təqdimatı da çoxda təntənəli keçməmişdir, çünki hazırda bu klub altı oyundan yalnız bir qalibiyyət ilə premyer liqanın sıralamasında ən aşağı yerlərdədir.
 
Bununla belə o, şimalda İran sərhədindən 40 km aralıda dəniz kənarı şəhərdə yerləşən yeni klubunun tezliklə özünə qayıda biləcəyinə inanır. "Mən bu klubu premyer liqanın qalibi titulunu qazana biləcəyinə inandığıma görə seçmişəm. Mən artıq burdayam və hər şeyin yüksək səviyyədə olduğunun canlı şahidiyəm. Biz mövsümə çox da yaxşı start verməmişik, lakin mən bu halın müvəqqəti olduğuna və tezliklə bizim bu vəziyyəti dəyişə biləcəyimizə əminəm".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.