3 oktyabr 2012 15:09
Azərbaycan keçirilən DÇ-2012 ilə bağlı mətbuat konfransları keçiriləcək
Ölkəmizdə keçirilən FIFA U-17 qadınlararası dünya çempionatı artıq 1/4 final mərhələsinin oyunlarına qədəm qoyub. Azerisport.az xəbər verir ki, 1/4 final oyunları çərçivəsində Nigeriya - Fransa, Koreya XDR – Kanada, həmçinin Yaponiya – Qana, Almaniya – Braziliya komandaları müvafiq olaraq 4 və 5 oktyabr tarixlərində 8 KM stadionunda qarşılaşacaqlar.
Komandaların 1/4 final oyunlarına hazırlığı, gözləntiləri və digər məsələləri şərh etmək üçün bu gün saat 18.30-da Kanada, Koreya XDR, Nigeriya və Fransa komandalarının baş məşqçilərinin iştiraki ilə 8 KM stadionunda mətbuat konfransı keçiriləcək.
Oktyabrın 4-də saat 15.30-da isə eyni məkanda Qana, Yaponiya, Almaniya və Braziliya komandalarının mətbuat konfransı təşkil olunacaq.
