3 oktyabr 2012 15:18

Topaz Premyer Liqası, 8-ci tur: Vladislav Qədirovun proqnozu

“Rəvan”ın sabiq baş məşqçisi Vladislav Qədirov azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasının 8-ci turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb.

AZAL – Xəzər Lənkəran
Vaqif Sadıqovun komandası mövsümə çox yaxşı başlayıb. Mənə elə gəlir ki, onlar bu oyunda qələbə şansını qaçırmazlar. Düzdü, lənkəranlıların da durumu ancaq qələbə qazanmağı şərtləndirir. Amma mənə elə gəlir ki, bu oyunda AZAL qalib gələcək.
 
Kəpəz – Qarabağ
“Kəpəz” evdə oynadığı üçün işi bir qədər asan olacaq. “Qarabağ” üçün isə səfər oyunları o qədər də uğurlu sayıla bilməz. Qurban Qurbanovun komandası tədricən oyununu yaxşılaşdırır. Fikrimcə, Ağdam klubu qələbə qazanacaq.

Bakı – Qəbələ
Bojidar Bandoviç hələ komandadakı problemləri yoluna qoya bilməyib. Ramiz Məmmədov isə “Qəbələ”yə yenicə baş məşqçi təyin olunsa da, komandanı çox gözəl tanıyır. Bu görüşdə heç-heçə qeydə alınacağını düşünürəm.
 
Simurq – Sumqayıt
Hər iki komandanın yeni mövsümə uğurlu başladığını demək olar. Müəyyən mənada bu komandaların bir-birinə oxşarlığını da demək olar. Cinahlardan yaxşı istifadə edirlər, əks-hücum futboluna üstünlük verirlər. “Simurq” eyni zamanda əla müdafiəsi ilə seçilir. Hər halda Zaqatala klubu doğma meydanda qələbə şansını əldən buraxmaz.

Rəvan – İnter
Hər iki komandada əla ifaçılar var. Mənə elə gəlir ki, “İnter”ə heç də asan olmayacaq. Heç-heçə gözləyirəm.
 
Neftçi – Turan
“Turan” son turda “Xəzər Lənkəran” üzərindəki qələbə ilə sensasiyaya imza atdı. Amma eyni uğuru “Neftçi” ilə qarşılaşmada təkrarlamaq çətin olacaq. Fikrimcə, “neftçilər” qalib gələcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.