3 oktyabr 2012 15:45
Neftçinin İnterlə oyununa bütün biletlər satıldı
Azərbaycan çempionu “Neftçi”nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya “İnter”inə qarşı keçirəcəyi oyuna bütün biletlər satılıb. Azerisport.az xəbər verir ki, təşkilatçılar bu oyuna 30 000 bilet satışa çıxarılmışdı.
Gözlənildiyi kimi, həmin biletlərin hamısı oyuna bir gün qalmış satılıb qurtarıb. Beləliklə, bu görüşdə anşlaq olacağı dəqiqləşib.
Qeyd edək ki, “Neftçi”nin Milan “İnter”i ilə görüşü sabah - oktyabrın 4-də Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 21:00-da veriləcək.
