3 oktyabr 2012 15:54

“Biz hələ daha çox qollar vuracağıq”

Kanadalı bacı-qardaşlar Mark və Valeriya Sanderson hələ erkən yaşlarından idmanda uğur qazanacaqlarını bilirdilər. Lakin bir sual vacib idi, bu uğur ot yoxsa buz uzərində olacaqdı?
 
Onların hər ikisi potensiallı futbolçu və buz üstü xokkey oyunçusu idilər. Lakin beş il bundan əvvəl onlar bir-birindən fərqli karyera yolunu seçməli olmuşlar və indi seçdikləri idman növündə bir-birinə uğur qazanmağı arzulayırlar. Hazırda buz üstü xokkey üzrə universitet komandasının üzvü olan 18 yaşlı Mark FIFA U-17 qadınlararası dünya çempionatı 2012-də kiçik bacısının kanadalıların irəliləyişinə kömək etməsinə seyr etmək üçün vətəni Kanadada gününü televiziya qarşısında keçirir.
 
"Futbolla daha intensiv məşğul olurdum və sonda xokkeyi qurban verib futbolu seçdim," deyə Valeriya FIFA.com saytı ilə söhbətində izah edir. "Fikirimcə futbol daha çox kişilər üçün olan idman növüdür və mən futbol komandamda ən yaxşı oyunçulardan biri idim. Bu səbəbdən seçimim məntiqli idi.
 
"Hamı mənə futbolu seçməyimi söyləyirdi, lakin sonda bu mənim öz qərarım idi. Qardaşım bu hər iki idman növündə parlaq gələcəyimin olacağını bilirdi və buna görə də o, mənim seçimimə təsir etməyəyə çalışırdı. O, həmişə mənim arxamdadır və mənimlə faxr edir. O, bizim bu turnirdəki oyunlarımızın hamısını televiziya vasitəsilə izləyib və həmişə mənə öz bildiyim kimi oynamağı söyləyir". 
 
Valeriya Azərbaycanı məğlub etdikləri oyunda komandasının tək topunu vurmaqla kanadalıların son səkkizliyə çıxmağına kömək etmiş oyunçudur. Onlar 1/4 finalda oyununu Koreya XDR ilə Çümə axşamı keçirəcəklər. Komandanın 10 nömrəsi xüsusilə ötən may ayında təsnifat mərhələsinin oyunlarında nümayiş etdirdiyi fiziki formasını yenidən sərgiləyə bilərsə, bu oyunun nəticəsində o, həlledici rol oynaya bilər.
 
Hücumçu CONCACAF ölkələri üzrə təsnifat turnirinin ulduzlarından biri idi və Qvatemalaya qarşı qrupun son maçında məhsuldar bir oyun keçirmişdir, belə ki, o, komandasının 2-1 hesabı ilə irəlidə olduğu vaxtda oyunun bitməsinə 25 dəqiqə qalmış meydana daxil olmuş və tez bir zamanda het-trikə imza ataraq Kanadanın son dördlükdə yerini təmin etmişdir.
 
"Hamı bizdən o oyunda asan qalibiyyət qazana biləcəyimizi gözləyirdi, lakin ikinci hissə bizim üçün çox çətin keçdi," deyə Sanderson qeyd edir. "Mən oyunun sonlarına doğru meydana daxil oldum və üç qol vurdum. Bu oyun həyatımda mənim ən yaxşı oyunum idi. Meydana çıxıb bir daha bunu etmək əla olardı".
 
Ən böyük kumiri həmvətənlisi Kristin Sinkler olan komandasının talisman hücumçusu yarımfinal oyununda da hədəfdən yayınmırdı, belə ki, o, Meksikanı məğlub etdikləri oyunun tək qolunu vuraraq Kanadanın Azərbaycan 2012-yə vəsiqə qazanmasını təmin etmişdir. Komandasına daha çox kömək etməklə Şimali Koreyaya qarşı oyunda bir daha həlledici rol oynamağını arzulasa da, çərşənbə axşamı keçiriləcək oyunda o, komandasının hər hansı qələbəsi üçün fərdi oyun şöhrətini qurban verməyə hazırdı.
 
"Biz bu turnirdə çox qol vurmamışıq, çünki oyunlarda o qədər də çox qol vəziyyətləri yaratmamışıq," deyə o, Kanadanın turnirdə indiyə qədər vurduğu sadəcə üç qolun olduğunu istinad gətirərək qeyd edir. Biz vahid komanda şəklində oynasaq, daha çox qollar vura biləcəyimizdən əminəm".
 
"Şimali Koreya yaxşı komandadır lakin biz özümüz də zəif deyilik," deyə o, bizimlə söhbətini yükunlaşdıraraq əlavə edir. "Onlar bizdən daha cəlddir və bu komandada topla çox yaxşı driblinq etməyi bacaran oyunçular vardır, buna görə də biz onlar hücum etdikdə müdafiədə sayıqlığı əldən verməməliyik. Biz turnirin çempionları olmaq istəyirik, bu bizim məqsədimizdir. Növbəti oyunda qalib gələ bilsək xəyallarımız artıq gercəkləşəcək".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.