3 oktyabr 2012 16:03

Azərbaycan azarkeşləri və bolluca şənlik

"Şərqin qərblə birləşdiyi yer olan Azərbaycan tam qədimdən sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan olmuşdur. FIFA qadınlararası dünya çempionatının bu ölkədə keçirilməsi region üçün simvol olmaqla bərabər futbolun hər bir mədəniyyətlərin və sivilizasiyaların üzünə açıq olduğunu insanlara göstərir". Bu sözləri FIFA Prezidenti Yozef S. Blatter FIFA U-17 qadınlararası dünya çempionatı 2012 başlamazdan əvvəl mətbuat konfransında söyləmişdir. Lənkəran və Bakıdakı oyunları izləməyə gəlmiş kütlə isə onun sözlərini sübhəsiz sübüt edir.
 
Bu turnir üçün rekord hesab olan hər oyuna orta hesabla 7,291 tamaşaçı ilə Azərbaycan 2012 görünməmiş sayda azarkeşləri bir yerə toplamışdır. Yeni Zellandiya, Kanada, Kolumbiya və Nigeriya kimi uzaq ölkələrdən olan azarkeşlər öz həmyerlilərini dəstəkləmək üçün uzun yol qət etmişlər və onlar bununla turnirin başlağıcından bəri ona daha çox maraq qatmışlar. Qambiyalılar öz zərb alətlərində eyni ritmlər yerinə yetirdikləri halda, misal üçün, çinlilərin alqışları və amerikalıların oxuduqları mahnılar tamaşanı eynilə canlandırmışdır.
 
"Bizim səyahətimiz təxminən iki gün davam etdi və biz Bakıya gəlmək üçün Seneqal, Mərakeş və sonra Turkiyəni keçməli olduq" deyə təxminn 50 azarkeşdən ibarət olan qambiyalı heyətin rəhbəri Fatu B. Seka qeyd edir. "Mən bura gəlməyimə peşman deyiləm," deyə oyun boyunca 90 dəqiqə barabanda ritmlər yerinə yetirdikdən sonra qolları yorulan Mutar əlavə edir. "Qızların məğlubiyyətlərinə baxmayaraq, üzlərində təbbəssümlə oynadıqlarını görmək məni sevindirməyə kifayət edir".
 
Azərbaycana etdikləri uzaq səyahətin bu sadiq azarkeşlərə təbii ki, xeyli faydası olmuşdur, lakin bu səyahət bəzi qurbanlar da tələb etmişdir. Bununla belə Kim von Drenanın fikrincə səyahətin mənfi tərəfləri heçdə əhəmiyyətli deyil. "Bu həyatınızda bir dəfə yaşa biləcəyiniz təcrübədir," deyə ABŞ-ın ehtiyyat qapıçısı Kesi Millerin qızı qeyd edir. Sözün əsl mənasında anasına stimul vermək Kimin yeganə seçimi idi və belə ki, o, öz qızı və Kesinin nəvəsi Vergeniyanı da gətirməklə Kesiyə əlavə mənəvi dəstək vermiş olmuşdur. "Biz burda olmağımızdan zövq alırıq, çünki xüsusilə şəhəriniz çox möhtəşəmdir," deyə Feniks, Arizonadan gəlmiş və başdan ayağa kimi qırmızı, ağ, göy rəngə boyanmış Kesinin nəvəsi böyük maraqla qeyd edir. Bakıdan Arizonaya məsafə 11,600 km-dir.
 
Ailə məsələsi
 
Yeni Zellandiyanın müdafiəçisi Meikayla Mura gəldikdə isə, onun ailəsi hətta daha çox mil səyahət etmiş və daha çox insan gətirmişdir. Belə ki, onun anası Mila, atası Bryus, bacısı Saniyel, nənəsi Monika və babası Poulin Bakıya səyahət etmişdir. hətta onun dayısı Fil və xalası Debi də Odlar Yurduna səyahət etməyə borclu olduqlarını hiss etmiş və 15, 000 km aralıqda yerləşən Kraysçörç şəhərindən buraya səyahət etmişlər. "Biz onun heç bir oyununu buraxmırıq" deyə Mila qeyd edir. Lakin ilk dəfədir ki, biz bu qədər uzaq yol qət edirik. Əslində, bundan daha uzaq bir məsafəni qət etmək zənninmcə, qeyri-mümkündür".
 
Kanadanın 14 nömrəsi Rebeka Pongettinin atası Larri Pongetti də uçuş biletini almaq üçün çox fikirləşməli olmamışdır - lakin onun qızına dəstək göstərmək arzusu sutkanın 20 saatını oyaq qalmağı tələb etmişdir. "Mən Ontariyodan gəlmişəm və mən bu turniri heç vaxt qaçırmazdım," deyə o, Azərbaycan və Kanada oyununun fasiləsində qeyd edir. "Mən qızımla son dərəcə fəxr edirəm. O dörd yaşında futbol oynamağa başlayıb və onun həmişə arzusu Dünya Çempionatında millinin formasını geyinmək olmuşdur. Bu arzusunun həyata keçməsini görmək mənim üçün nəyə desən dəyər".
 
Qitəsinin dünyanın digər tərəfində yerləşməsinə baxmayaraq, Cənubi Amerikalı komandalar da öz azarkeşlərindən stimul alıblar. "Mən həyatımda ilk dəfədir ki, stadiondan canlı futbola baxıram və buradan baxmaq televiziya vasitəsilə seyr etməkdən daha yaxşıdır" deyə üzərində U-17 qadın komandasının hər bir üzvünun imzası olan Kolumbiya komandasının köynəyini qürurla geyinən 11 yaşlı Xuan Sebastiyan qeyd edir. Bu dünya çempionatının Bakıda keçirilməsi çox möhtəşəmdir və burada abu-hava fantastikdir. Kolumbiya komandasının Bakıda oynadığını görmək ölkəmin bir parçasının burda olması kimidir".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.