3 oktyabr 2012 16:31
Bakının futbolçusu Litva milli komandasında
"Bakı” futbol klubunun yarımmüdafiəçi Deyvidas Çesnauski dünya çempionatının seçmə oyunları çərçivəsində baş tutacaq Lixtenşteyn və Bosniya-Herseqovina ilə qarşılaşmalarda iştirak etmək üçün Litva milli komandasının düşərgəsinə dəvət alıb. Azerisport.az xəbər verir ki, məlumatı paytaxt klubunun rəsmi saytı yayıb.
Qeyd edək ki, litvalılar hər iki oyunu səfərdə keçirəcəklər. Oktyabrın 12-də onları Lixtenşteynlə oyun gözləyir, 4 gün sonra isə Litva milli komandasını "B" qrupunun lideri Bosniya və Hersoqovina yığması sınağa çəkəcək.
