3 oktyabr 2012 16:57
Saşa Stamenkoviç: Futbolda hər şey mümkündü
“Neftçi”nin qapıçısı Saşa Stamenkoviç UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın “İnter” klubuna qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“İnter”in qrupumuzun favoriti olması hamıya yaxşı məlumdu. Qalan komandalar isə ikinci yeri tutmaq üçün mübarizə aparırlar. Meydana çıxanda məğlubiyyət haqda düşünmürsən. Mübarizə aparmaq lazımdı. Futbolda hər şey mümkündü”.
Qeyd edək ki, “Neftçi” ilə “İnter” arasındakı oyun oktyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
