3 oktyabr 2012 17:06
Yığmamızın futbolçusu baş məşqçisiz qaldı
Türkiyənin “Adana Demirspor” klubu baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, komandanın çalışdırıcısı Osman Özdemir vəzifəsindən istefa etdiyini açıqlayıb.
O, bu istefası ilə bağlı klubun rəsmi saytına açıqlamasında bildirib ki, rəhbərliklə qarşılıqlı razılıq əsasında yollarını ayırmağa qərar veriblər. Buna səbəb mövsümün ilk beş turunda “Adana Demirspor”un uğursuz çıxışıdı. Hansı ki, Adana təmsilçisi hələ bu müddət ərzində qələbə qazana bilməyib.
“Adana Demirspor”un yeni baş məşqçisinin kim olacağı hələlik dəqiqləşməyib. Qeyd edək ki, futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynov da bu komandada çıxış edir.
