3 oktyabr 2012 17:15
Futbol Liqasının açılışı oldu
AFFA-nın dəstəyi, İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkilatçılığı ilə dövlət və özəl müəssisələr arasında Futbol Liqası təşkil edilib. Azerisport.az xəbər verir ki, 13 komandanın iştirakı ilə baş tutan yarışın açılış mərasimi keçirilib.
AFFA-nın Futbol Akademiyasının meydançasında keçirilən və 13 komandanın iştirak etdiyi liqanın ilk oyununda "Bank of Azerbaijan" və "Hilton Hotel" komandaları qarşılaşıb. Topa ilk zərbəni AFFA-nın baş katibi Elxan Məmmədov və İctimai Futbol Təşkilatları İctimai Birliyinin rəhbəri Elxan Tağızadə vurub.
Qarşılaşma "Bank of Azerbaijan"ın 4:2 hesablı qələbəsi ilə başa çatıb.
