3 oktyabr 2012 17:24

“İlk altılığa düşmək üçün sona qədər mübarizə aparacağıq”

“Turan”ın yarımmüdafiəçisi Nuqzar Kvirtiya azerisport.az saytına müsahibəsində “Xəzər Lənkəran” üzərində qazandıqları qələbədən, eləcə də hədəflərindən danışıb.
 
- “Xəzər Lənkəran” üzərində qazandığınız qələbə kifayət qədər böyük səs-küyə səbəb oldu...
- Hər iki komanda bundan əvvəlki oyunda məğlub olmuşdu. Ona görə də vəziyyəti düzəltmək üçün qələbəyə ehtiyac var idi. “Turan” artıq neçə oyundu doğma meydanda uduzmur. Özü də son dəqiqələrdə qol buraxırdıq. Oyundan öncə klubdaxili iclasımız oldu. Belə qərara gəldik ki, rəqibin statusuna baxmayaraq, mütləq qələbə qazanmalıyıq.

- Bu oyunda da ilk yarını məğlub başa vurmuşdunuz...
- İkinci hissədə oyunumuz daha yaxşı alındı. Uğur da bizim tərəfimizdə idi. Ruslan Abışovun meydandan qovulması da işimizə çox yaradı.
 
- Ruslanla yanaşı Elnur Allahverdiyevə də qırmızı vərəqə göstərildi. Həmin epizodda nə baş vermişdi?
- Mən həmin epizodu görmədim. Abışovun epizoduna gəlincə, etiraf edim ki, hakimin ona qırmızı vərəqə göstərəcəyini gözləmirdim. Çünki o, topa oynayanda rəqib futbolçunu görmürdü. Hər halda hakim elə qərar vermişdi. Biz nə edə bilərdik?

- “Turan”ın 3 dəqiqəyə iki qol vurması nəyin sayəsində mümkün oldu?
- Salif Ballo ilə mən meydana ikinci hissədə çıxdıq. Hər ikimiz komandaya kömək etmək istəyirdik. Amma bu iki qolun vurulmasını sadəcə bizim xidmətimizlə bağlamazdım.

- “Xəzər Lənkəran” sizə məğlub olmaqla sonuncu pilləyə yuvarlandı...
- Bu, təəccüb doğurmaya bilməz. Bir az öncə AZAL-dan Zohair Bеnuahi ilə söhbətləşirdim. Belə nəticəyə gəldik ki, bu mövsüm çox qəribə keçir. Hansı komanda kimi istəsə, məğlub edə bilər. Məsələn, “Sumqayıt” “Neftçi” və “Bakı”nı məğlub etdi. Bir sözlə, aşkar favorit yoxdu.
 
- “Turan” da hazırda 7 xalla yeddinci yerdə gedir...
- Bizim ilk altılığa düşmək şansımız var. Sona qədər mübarizəmizi davam etdirəcəyik. Son beş ildə “Turan”ın belə heyəti olmayıb. Niyə də bu şansdan yararlanmayaq? Komandada vaxtilə digər klublardan incik ayrılmış xeyli futbolçu toplaşıb ki, onların deyiləcək sözləri var.
 
- Siz də onların arasındasız?
- Mənim AZAL-dan incikliyim artıq arxada qalıb. İndi sadəcə “Turan”ın uğurları barədə düşünürəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.