3 oktyabr 2012 17:55
Aleksandr Səmədov: Azərbaycan yığması istənilən rəqibə problem yarada bilər
Futbol üzrə Rusiya yığmasının yarımmüdafiəçisi Aleksandr Səmədov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun ərəfəsində fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində Azərbaycan əsilli futbolçu bunları dilə gətirib:
“Rusiyanı qarşıda öncə Portuqaliya ilə oyun gözləyir. Buna görə də hələ Azərbaycanla oyun haqda düşünmürük. Bütövlükdə onu deyə bilərəm ki, Berti Foqts bu komandada çoxlu dəyişikliklər edib. Komandanız istənilən rəqibə problem yarada bilər. Amma Rusiya yığması bu oyunda favoritdi və qələbə qazanmağa borcludu”.