3 oktyabr 2012 18:44
İnter artıq Bakıdadı (FOTO)
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah Azərbaycan çempionu “Neftçi” ilə qarşılaşacaq İtaliyanın “İnter” klubu artıq Bakıdadı. Azerisport.az xəbər verir ki, “neradzurra” öncə məskunlaşacağı “Hyatt Regency” otelinə yollanıb.
Saat 19:30-da isə Milan təmsilçisinin Tofiq Bəhramov adına Respublika stadionunda məşqi nəzərdə tutulub. Bundan yarım saat öncə “İnter”in baş məşqçisi Andrea Stramaççoninin jurnalistlər üçün mətbuat konfransı başlayacaq.
Qeyd edək ki, “Neftçi” ilə “İnter” arasındakı oyun sabah - oktyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
