3 oktyabr 2012 19:04
Gəncədə qol yağışı, Bakı yenə qalib gəldi, derbi sülhlə bitdi
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatında 8-ci tura yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə 4 görüş baş tutub.
6 qolun vurulduğu “Kəpəz” - “Qarabağ” matçında qalib müəyyənləşməyib. “Rəvan”la “İnter” isə ümumiyyətlə hesabı aça bilməyib.
“Simurq” “Sumqayıt”ı məğlub yola salıb. “Bakı” isə bu dəfə də “Qəbələ” üzərində qələbəyə sevinib. Qeyd edək ki, “zolaqlılar” hələ xal itirməyiblər.
Xatırladaq ki, turun bir oyun ötən gün keçirilmişdi. “Turan” – “Neftçi” matçı isə başqa tarixə keçirilib.
Əvəzedicilərin çempionatı
8-ci tur
3 oktyabr
Kəpəz – Qarabağ – 3:3
Qollar: Vüsal İbrahimov, 58-pen, Malik Babayev, 88, Elçin Məsiyev, 90+3 - Tural İsgəndərov, 10; 26, Fuad Məmmədzadə, 80.
Simurq – Sumqayıt – 2:1
Qollar: Ruslan Getman, 19, Cavad Kazımov, 31 - Əbülfət Abbasov, 57.
Bakı - Qəbələ - 3:2
Qollar: Azad Kərimov, 5, Vadim Abdullayev, 32, Tural Qürbətov, 81 - Əziz Hüseynov, 26, Murad Musayev, 40.
Rəvan - İnter – 0:0
1
8
8
0
0
28-8
24
Ramil Mansurov (İnter) - 10 qol
Rey Məmmədbəyli (Qəbələ) - 7 qol
Raul Yaqubzadə (Bakı) - 6 qol
İlham Allahverdiyev (Neftçi) - 5 qol
Raul Yaqubzadə (Bakı) - 6 qol
İlham Allahverdiyev (Neftçi) - 5 qol
