3 oktyabr 2012 19:56
Andrea Stramaççoni: Neftçi sabah bizə problem yarada bilər
İtaliyanın “İnter” klununun baş məşqçisi Andrea Stramaççoni UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutacaq qarşılaşma öncəsi keçirdiyi mətbuat konfransında bunları dilə gətirib:
- “Neftçi” ilə oyun bizim üçün çox vacibdi. İlk oyunda biz üç xal qazana bilmədik. Ona görə də Bakıda qələbə qazanmaq istəyirik. Qrupda mövqeyimizi möhkəmləndirmək üçün buna məcburuq.
- Rəqib haqda nə bilirsiz?
- Mən rəqib barədə informasiya toplanılmasını xahiş etmişdim. “Neftçi” son dövrlər güclənib. Elə Belqraddakı oyun hər şeyə dəyərdi. Bakılıların heyətində Julius Vobayı, Cavid İmamverdiyevi, Flavinyonu, Nikolas Kanalesi qeyd edərdim. Onlar bizə problem yarada bilərlər. Bizi çətin oyun gözləyir. “Neftçi” ilə oyuna ciddi yanaşırıq.

- Amma buna baxmayaraq, aparıcı oyunçularınızı Bakıya gətirməmisiz...
- Onları ona görə gətirməmişik ki, son 10 gündə beş oyuna çıxıblar. Onlara istirahət lazım idi. Sabahkı oyunda isə mənə nisbətən hazır futbolçular lazımdı.
- “İnter” üçün “skudetto” daha vacibdi yoxsa Avropa Liqası?
- “İnter” üçün komandanın iştirak etdiyi bütün turnirlər vacibdi. Çalışırıq ki, iştirak etdiyimiz bütün turnirlərdə uğurlu olaq. A Seriyasında da, İtaliya Kubokunda da, Avropa Liqasında da.
- “İnter” üçün komandanın iştirak etdiyi bütün turnirlər vacibdi. Çalışırıq ki, iştirak etdiyimiz bütün turnirlərdə uğurlu olaq. A Seriyasında da, İtaliya Kubokunda da, Avropa Liqasında da.
- Futbolçularınızı “Neftçi” ilə oyuna kökləmək çətin olmayacaq ki?
- “Rubin”lə ilk oyunda uğurlu nəticə qazanmağımıza mane olan amilləri analiz etmişik və çalışacağıq ki, onlar təkrarlanmasın.
- “Rubin”lə ilk oyunda uğurlu nəticə qazanmağımıza mane olan amilləri analiz etmişik və çalışacağıq ki, onlar təkrarlanmasın.
- “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev bildirib ki, komandanızı məğlub etmək istəyir...
- Mən rəqibə hörmətlə yanaşıram. Onların APOEL ilə oyunu da sübut edir ki, “Neftçi” güclü komandadı. Bu komanda ilə görüşə ciddi hazırlaşırıq. Amma mümkündü ki, sabah onların müəyyən üstünlükləri olsun.
- Son dövrlər “İnter” üç müdafiəçi ilə oynayır. Bəzi futbolçuların Bakıya gətirilmədiyini nəzərə alsaq, komandanız yenə eyni taktika ilə çıxış edəcək?
- Bakılılara qarşı üç mərkəz, iki cinah müdafiəçisi ilə oynayacağıq. Bizim kifayət qədər gənc müdafiəçilərimiz var və biz onlara inanırıq.
- Bakılılara qarşı üç mərkəz, iki cinah müdafiəçisi ilə oynayacağıq. Bizim kifayət qədər gənc müdafiəçilərimiz var və biz onlara inanırıq.
- “Neftçi” artıq 14 ildi avrokuboklardakı ev oyunlarında uduzmur. Bu, sizi narahat etmir?
- Rəqibin necə güclü olduğunu bilirik. APOEL ötən mövsümün böyük sensasiyasına imza atmışdı. Amma bu il onları “Neftçi” məğlub etdi. Biz isə bakılıları məğlub etmək istəyirik.
- Rəqibin necə güclü olduğunu bilirik. APOEL ötən mövsümün böyük sensasiyasına imza atmışdı. Amma bu il onları “Neftçi” məğlub etdi. Biz isə bakılıları məğlub etmək istəyirik.