3 oktyabr 2012 20:05
Ranokkya: İtaliya yığması haqda Neftçi ilə görüşdən sonra düşünəcəm
İtaliyanın “İnter” klununun futbolçusu Andrea Ranokkya UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Hazırda özümü həm fiziki, həm də psixoloji cəhətdən yaxşı hiss edirəm. Hələlik yalnız klubumda uğurlu çıxış etmək haqda düşünürəm, yığma barədə yox. Xüsusilə də “Neftçi” ilə oyunu. İtaliya yığması barədə bu görüşdən sonra düşünmək olar”.
Qeyd edək ki, “Neftçi” ilə “İnter” arasındakı oyun oktyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
