3 oktyabr 2012 20:17
Mahir Şükürov: Azarkeşlərimizi sevindirmək istəyirik
“Neftçi”nin futbolçusu Mahir Şükürov UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın “İnter” klubuna qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Bilirik ki, rəqib güclüdü. Biz “İnter”ə hörmətlə yanaşırıq. Amma rəqibdən çəkinmirik. Çünki öz meydanımızda oynayacağıq. Buna görə də qələbə qazanmağa borcluyuq. Azarkeşlərimizi sevindirmək istəyirik”.
Qeyd edək ki, “Neftçi” ilə “İnter” arasındakı oyun oktyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
