3 oktyabr 2012 20:24
Bruno Bertuççi: Niyə də İnteri məğlub etməyək?
“Neftçi”nin futbolçusu Bruno Bertuççi UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın “İnter” klubuna qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“İnter” dünya futbolunun favoritlərindən biridi. Rəqibimiz güclü komandadı. Amma futbolda hər iki komanda 11 futbolçu ilə mübarizə aparır. Odu ki, şanslar bərabərdi. Niyə də “İnter”i məğlub etməyək”.
Qeyd edək ki, “Neftçi” ilə “İnter” arasındakı oyun oktyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
