3 oktyabr 2012 20:35
Böyükağa Hacıyev: İnterə qarşı ona layiq komanda oynayacaq
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın “İnter” klubuna qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutacaq qarşılaşma ilə bağlı öncə bunları dilə gətirib:
- Sabah Azərbaycanda 21-ci əsrin ən böyük oyunu baş tutacaq. Mən ümidvaram ki, sabahkı oyunda Azərbaycan futbolunun inkişafda olduğunu sübut edəcəyik. “İnter” Avropanın 10 ən güclü klubundan biridi. Amma rəqibin adlı-sanlı olmasından qorxmuruq. Rəqibi mümkün qədər yaxşı öyrənməyə çalışmışıq. İtaliya klubuna hörmətlə yanaşırıq. Onların heyətində tanınmış futbolçular çıxış edirlər. Rəqibin son beş matçını izləmişəm. “İnter”in sabit heyətlə oynamaması diqqətimi çəkib. İtalyanları öz silahları ilə vurmağa çalışacağıq.
- Rəqib aparıcı futbolçularını Bakıya gətirməyib...
- Həftənin sonu “İnter”i “Milan”la prinsipial derbi matçı gözləyir. Yəqin ki, onlar üçün çempionat daha vacibdi. Bizim də heyətimizdə Cavid İmamverdiyev kimi futbolçu olmayacaq.
- Onun yoxluğu sizi narahat etmir?
- Cavidin yoxluğu bizim üçün problemdi. O, perspektivli futbolçudu. Çalışacağıq onu elə əvəzləyək ki, yoxluğu hiss olunmasın. Amma indi hansı taktika ilə meydana çıxacağağımızı demək istəmirəm. Sabah hamısını özünüz görəcəksiz.

- Hesab etmirsiz ki, “İnter”in eksperimental heyəti ilə mübarizə aparmaq daha çətin olacaq?
- Mən də istərdim ki, Antonio Kassano və Xavyer Zanetti bizə qarşı oynasın. Çünki onlar öz karyeralarında çox şeyə nail olublar. Amma “İnter”in gənc futbolçularının sübut edəcəkləri var. Ona görə də bizə çətin olacağını düşünürəm.

- “Neftçi”nin hazırkı durumu necədi?
- Komandamın psixoloji durumu həmişə yaxşı olub. “İnter”ə qarşı ona layiq komanda oynayacaq.
- Komandamın psixoloji durumu həmişə yaxşı olub. “İnter”ə qarşı ona layiq komanda oynayacaq.