3 oktyabr 2012 23:05
Yunis Hüseynov: Bu qələbənin komandadakı ab-havanı yüksəldəcəyinə inanıram
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının 8-ci turunun AZAL ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran təmsilçisinin çalışdırıcısı 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“AZAL-la oyunun çətin olacağını bilirdik. Ardıcıl məğlubiyyətdən sonra qalib gəlmək istəyirdik. AZAL bu mövsümə yaxşı başlayıb. Komanda ötənilki ilə müqayisədə daha yaxşı oyun göstərir. Turnir cədvəlinin liderlərindən biridir. Son oyunlarımızı nəzərə alsaq əhvalımız o qədər də yaxşı deyildi. Bugünkü oyunda komanda sona qədər mübarizə apardı, qələbə qazandıq. Bu qələbənin komandadakı ab-havanı yüksəldəcəyinə inanıram, ardı gələcək. AZAL-a gələcək oyunlarda uğurlar arzulayıram”.
